Şəhidin anası çətin durumdadır — Qurumlardan kömək istədi
21 Aprel 2025, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
1363
16.01.2020, 17:19
Ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda iki nəfərin ölməsi cəmiyyət arasında ciddi müzakirələrə səbəb olmaqla bərabər, narahatlıq yaradıb.
Məsələ ilə bağlı mətbuata açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ölənlərin ağır xəstə olduqlarını bildirib və ölüm faktını normal hadisə adlandırıb. H.Qədirova bu məlumatı ilk dəfə mətbuata ötürən şəxsi “yaramaz” adlandırıb.
Məsələ ilə bağlı Oxu.Az-a müraciət edən hüquqşünas Samir Zeynalov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı bir sıra iddialar irəli sürüb.
Belə ki, ötən gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir gündə gerçəkləşmiş iki ölüm faktı ilə bağlı mətbuata məlumat verdiyini deyən vəkil S.Zeynalov bunu bənzər halların yenidən yaşanmaması üçün etdiyini deyib.
S.Zeynalov iddia edir ki, institutda həkim-reanimatoloq yoxdur və ağır xəstələri tibb bacıları və təmizliyə baxan personal qəbul edir:
“Dünən sizin saytda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir gündə gerçəkləşmiş iki ölüm faktına dair məlumat dərc edilib. Direktor Həqiqət Qədirova bu məlumatı ilk dəfə mətbuata ötürdüyüm üçün məni “yaramaz” adlandırıb.
Xülasə, qeyd etmək istəyirəm ki, institutda baş vermiş ölüm hadisələrinin səbəbi həkim yoxluğu ilə əlaqədardır. Belə ki, artıq uzun müddətdir ki, institutda həkim-reanimatoloq çalışmır. Gələn ağır xəstələri tibb bacıları, “sanitarkalar” qəbul edir.
Həmçinin oxuyun
Onu da qeyd edim ki, institutda ölüm hallarının yaşadığı gün digər üçüncü xəstənin də həyatı təhlükədə olub. Həmin xəstə, Samux rayon sakini Kərimli Kənan Avaddin oğlu yaxınları tərəfindən dünən gecə saat 02:00 radələrində Avrasiya Hospitalına təxliyyə edilib. Adıçəkilən klinikanın həkim-reanimatoloqu Vüqar Səfərov həmin xəstənin həyatını xilas edib”.
O iddia edir ki, İnstitutun direktoru Həqiqət Qədirova baş vermiş ölüm faktlarını normal hadisə kimi dəyərləndirir və gerçək həqiqətləri ictimaiyyətdən gizlədir:
“Bir daha qeyd etmək istəyirəm ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda uzun müddətdir ki, həkim-reanimatoloq yoxdur. Reanimasiya şöbəsinin müdiri həkim-reanimatoloq Fikrət həkim xəstəliyi ilə əlaqədar olaraq əmək qabliyyətini müvəqqəti olaraq itirib və hazırda məzuniyyətdədir. Onu da əlavə olaraq diqqətinizə çatdırım ki, hazırda başqa bir xəstə də komadadır və hər an həyatla vidalaşa bilər”.
Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tərkibindədir.
İrəli sürülən iddialara TƏBİB-in mətbuat xidmətindəən verilən cavabda isə bildirilib ki, hazırda tibb müəssisələrində monitorinqlər aparıldığından bu barədə məlumat verə bilmirlər:
“TƏBİB-in tərkibində olan müəssisələrin təhvil-təslim prosesləri hələ davam etdiyindən və xəstəxanaların publik hüquqi şəxs statusuna keçid dövrü olduğundan, hazırda TƏBİB-in monitorinq İşçi qrupları tibb müəssisələrində fəaliyyətini davam etdirir.
Bu və digər müəssisələr barədə yalnız İşçi qrupların fəaliyyəti başa çatdıqdan sonra məlumat vermək mümkündür. Bu dövr ərzində isə bütün müəssisələrdə iş prosesi əvvəlki qaydada davam etdirilir”.
11:42 / 22 Aprel 2025
ABŞ-Çin qarşıdurması dərinləşir
9
11:41 / 22 Aprel 2025
Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK – VACİB XƏBƏR
76
11:40 / 22 Aprel 2025
Macarıstan səssiz qalmaq istəyir
10
11:35 / 22 Aprel 2025
Qəzza üçün yeni sülh planı
10
11:25 / 22 Aprel 2025
Ərdoğanın oğlu Rusiya haqqında nə deyib? — Müsahibəsindən çıxarış
82
11:21 / 22 Aprel 2025
Göldən ata və iki azyaşlı övladının meyiti tapılıb
21
11:20 / 22 Aprel 2025
Bakıda qətl hadisəsi - Keçmiş məhkum tutuldu
22
11:15 / 22 Aprel 2025
Rusiyada sürücü ilə polis əlbəyaxa oldu — VİDEO
68
10:56 / 22 Aprel 2025
Kabab bişirirdilər,maşınlar yandı — VİDEO
51
10:54 / 22 Aprel 2025
Ata həyatını itirdi,oğlu yaralandı
27
10:52 / 22 Aprel 2025
Bakıda Yanaya qarşı əxlaqsızlıq edən sürücü həbs olundu
90
10:43 / 22 Aprel 2025
Allahın payı sanaraq Allahverdi adını veriblər — Milli Qəhrəmanın doğum günüdür
54
10:34 / 22 Aprel 2025
Kolleclərə yeni təyinatlar olub
27
10:32 / 22 Aprel 2025
Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
316
10:30 / 22 Aprel 2025
"Cəmiyyətimizdə çox vaxt qadınlar həmcinslərinə rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür" — Psixoloqla müsahibə
3604
10:16 / 22 Aprel 2025
31 min manat oğurlanıb
30
10:10 / 22 Aprel 2025
Tərbiyəsiz onun özüdür
32
10:00 / 22 Aprel 2025
Uşaqları öpərkən diqqətli olun
34
09:59 / 22 Aprel 2025
Güclü partlayış: Həyatını itirən var
886
09:50 / 22 Aprel 2025
“Həyat yoldaşımdan ayrılmaq istəyirdim”
32
09:40 / 22 Aprel 2025
Damarları açır, ürəyi gücləndirir
35
09:30 / 22 Aprel 2025
Wi-Fi-dəki təhlükə - Bu funksiyanı deaktiv edin, yoxsa...
39
09:20 / 22 Aprel 2025
İranı ABŞ ya İsrail vura bilər?
37
09:10 / 22 Aprel 2025
Səftər Rəhimliyə vəzifə verildi
34
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.